Peres Vinisiusla bağlı danışıqlar aparmaq istəmir

“Real”ın prezidenti Florentino Peres komandanın vingeri Vinisius Juniorun transferi ilə bağlı 2027-ci ilə qədər, yəni oyunçunun müqaviləsi bitənədək danışıqlar aparmaq istəmir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Vinisiusun Madrid klubunda gələcəyini müəyyənləşdirmək üçün əsas məqam gələn yay, “Real”ın onunla müqavilənin uzadılmasını müzakirə etmək niyyətində olduğu vaxt gələcək. Peres braziliyalı futbolçu ilə vaxtı 2029-cu ilə qədər olacaq yeni müqavilə imzalamaq istəyir.

Vinisius karyerasını “Real”da davam etdirmək istəyir, lakin o, İspaniya klubunun Səudiyyə Ərəbistanından ona təklif olunan pulu ödəyə bilməyəcəyini başa düşür.

Daha əvvəl Səudiyyə Ərəbistanı klublarının 24 yaşlı futbolçuya 350 milyon avro maaş təklif etməyə hazır olduqları qeyd edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button