Rafinya “el klasiko”dan sonra Vinisiusla nə danışıb?

“Barselona”nın braziliyalı futbolçusu Rafinya Dias “Real”ın hücumçusu, həmyerlisi Vinisius Juniorla “qızıl top”u müzakirə etməyib.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, Vinisiusla futbolu müzakirə etmədiklərini bildirib:

“Xeyr, o, bunu mənə demədi. Matçdan sonra görüşdük, amma futboldan yox, başqa şeydən danışmağa çalışdıq. Biz gündə 24 saat futbolu yaşayırıq və görüşəndə ​​ailələrimiz, həyat haqqında danışmaq istəyirik”.

“Barselona” “el klasiko”da “Real”a 4:0 hesabı ilə qalib gəlib.

“Qızıl top”a Vinisius əsas iddiaçı olsa da, mükafatı “Mançester Siti”nin ispaniyalı yarımmüdafiəçisi Rodri qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button