![](https://komanda.az/wp-content/uploads/2024/10/b31cc1a6-ae91-3e25-bd23-9d0c2a76ce93_850-780x470.jpg)
Vinisius ərəblərin təklifi haqda: “Prezidentlə müzakirə etməliyəm”
“Real”ın hücumçusu Vinisius Juniyor UEFA Çempionlar Liqasında “Mançester Siti”yə 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra Səudiyyə Ərəbistanından gələn təkliflə bağlı jurnalistlərin suallarını cavablandırıb.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, braziliyalı futbolçu heç nə bilmədiyini deyib:
“Mən heç nə bilmirəm, mənimlə heç kim danışmayıb, prezidentlə müzakirə etməliyəm.
Ümid edirəm ki, burada uzun müddət qala bilərəm, bura mənə daha çox şey verir. Mən tarix yazmaq istəyirəm”.
Daha əvvəl Səudiyyə Ərəbistanı klublarından birinin Vinisiusa 1 milyard avro dəyərində 5 illik müqavilə təklif etməyə hazır olduğu barədə məlumatlar yayılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin