“Vinisius Mbappenin gəlişindən əziyyət çəkməyəcək” – Keçmiş futbolçu
Fransa millisinin sabiq futbolçusu Emmanuel Peti hücumçu Kilian Mbappenin “Real”da hansı mövqedə çıxış edəcəyi ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az AS-a istinadən xəbər verir ki, fransalı keçmiş futbolçu, baş məşqçi Karlo Ançelottinin Kiliana yaxşılıq edib, onu Vinisius Juniorun yerinə qoyacağını düşünmədiyini bildirib:
“Real”da yeganə sərbəst mövqe hücum xəttidir. Karlo Ançelottinin Mbappeni necə oynadacağını bilmirəm. Amma əminəm ki, o, Vinisiusu sol cinahdan uzaqlaşdırıb hücumun mərkəzinə qoymayacaq. 23 yaşlı vinger Mbappenin gəlişindən əziyyət çəkməyəcək, çünki o, “Real” üçün böyük oyunçudur. Ançelottinin Kiliana yaxşılıq edib, onu Vinisiusun yerinə qoyacağını düşünmürəm. Mbappenin bundan xəbəri var”.
Mbappe bu yay “Real”a keçərək, klubla 5 illik müqavilə imzalayıb.
Bizi Facebook-da izləyin