![](https://komanda.az/wp-content/uploads/2023/05/Vinisius-780x470.jpeg)
“Real”ı tərk edə bilər – Maaşı artırılmasa
“Real”ın hücumçusu Vinisius Junior komandanı tərk edə bilər.
Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, Madrid klubunda futbolçular üçün maaş həddi var, rəhbərlik bunu hətta Vinisiusun xatirinə belə, aşmaq niyyətində deyil.
Braziliyalı forvard hazırda “Real”la müqavilə müddətini uzatmaqdansa, Səudiyyə Ərəbistanı çempionatına keçməyə daha yaxın görünür. Bundan əvvəl Vinisiusa Səudiyyə Ərəbistanından yüksək maaş təklif olunduğu barədə məlumat yayılmışdı.
24 yaşlı futbolçunun “kral klubu” ilə hazırkı müqaviləsi 2027-ci ilin iyununa qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin