Vinisius: “Qardaş, sən bu yolu artıq bilirsən”

“Real”ın hücumçusu Vinisius Junior komanda yoldaşı Eder Militaoya dəstək olub.

Komanda.az xəbər verir ki, braziliyalı futbolçu sosial şəbəkə hesabındakı paylaşımında Militaonu sevdiyini bildirib:

“Qardaş, sən bu yolu artıq bilirsən. Keçmişdə etdiyin kimi, əvvəlkindən də güclü qayıdacaqsan. Ruhdan düşmə, vaxtından həzz al. Mən səni sevirəm”.

Braziliyalı müdafiəçi La Liqa çərçivəsində keçirilən “Osasuna” ilə matçda ciddi zədə alıb. Çox güman ki, onun mövsümün sonuna kimi meydana çıxmaq imkanı olmayacaq. Ona çarpaz bağın yırtılması diaqnozu qoyulub. Militao eyni səbəbdən ötən mövsümün də çox hissəsini buraxmışdı.

“Real” növbəti oyununu noyabrın 24-də “Leqanes”ə qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button