
“Onun bizim dəstəyimizə ehtiyacı var” – Vinisius
Braziliya millisinin və “Real”ın hücumçusu Vinisius Junior DÇ-2022-nin oyununda keçmiş futbolçu Pelenin fotosu olan baneri sərgiləmələrinə münasibət bildirib.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, o, Pelenin onlara ehtiyacı olduğunu deyib:
“Kral”a ən yaxşısını diləyirik. Onun bizim dəstəyimizə ehtiyacı var”.
Braziliya yığması DÇ-2022-nin 1/8 final mərhələsində Cənubi Koreyanı məğlub edərək (4:1), 1/4 finala vəsiqə qazanıb. Onların bu mərhələdəki rəqibi Xorvatiya millisi olacaq.
Pele səhhətindəki problemlərə görə son illərdə tez-tez xəstəxanaya yerləşdirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin