Vinisius deşifrə olundu

Həftəsonu La Liqa çərçivəsində keçirilən Madrid derbisində “Atletiko” və “Real” 1:1 hesablı bərabərə qaldı.

Oyun zamanı “Real”ın hücumçusu Vinisius Juniorla “Atletiko”nun yarımmüdafiəçisi Koke arasında münaqişə yaranıb.

Komanda.az xəbər verir ki, “Movistar+” verilişində ekspert Vinisiusun Kokeyə nə dediyini deşifrə edə bilib:

“İki Çempionlar Liqasının qalibi oldum. Məndə iki kubok var, sənin heç nə yoxdur. Bəli, siz iki finalda məğlub olduz, mən də iki finalda qalib gəldim. Zəif olduğunuz üçün itirirsiz. Buna görə də, mən “Real”da oynayıram”.

“Real” hazırda İspaniya çempionatının turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button