Vinisius: “İspaniya Braziliyada irqçilik ölkəsi kimi tanınır”

“Real”ın hücumçusu Vinisius Junior İspaniya çempionatının 35-ci turunun “Valensiya” ilə matçında (0:1) irqçi çıxışlara məruz qalması barədə fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, çox məyus olduğunu deyib:

“Bu nə birinci, nə ikinci, nə də üçüncü dəfədir. Rəqiblər bunun normal olduğunu düşünür, federasiya bunu normal görür və rəqiblər də buna təşviq edilir. Çox məyusam.

Bir zamanlar Ronaldinyo, Ronaldo, Kriştiano Ronaldo, Lionel Messinin çıxış etdiyi bu liqa artıq irqçilərə məxsusdur. Eyni fikirdə olmayan ispaniyalılar üçün də məyusam. Hazırda İspaniya Braziliyada irqçilik ölkəsi kimi tanınır.

Təəssüf ki, hər həftə başıma gələnlərə qarşı müdafiə olunmuram. Özümü güclü hiss edirəm və irqçilərə qarşı sona qədər mübarizə aparacam. Buradan uzaqda olsam belə”.

Xatırladaq ki, meydan sahiblərinin azarkeşləri braziliyalı futbolçuya qarşı irqçilik etdikləri üçün matçda fasilə yaranıb. Vinisius görüşün sonunda qırmızı vərəqə alaraq meydançanı vaxtından öncə tərk edib.

“Sambaçı” cari mövsümdə “kral klubu”nun heyətində bütün turnirlər daxil olmaqla 54 oyuna çıxıb, 23 qol vurub və 21 məhsuldar ötürmə edib.

Paytaxt təmsilçisi hazırda La Liqanın turnir cədvəlində 71 xalla 3-cü, “Valensiya” isə 40 xalla 13-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button