
Vinisius: “İndi bayram etməyin vaxtıdır”
“Real”ın və Braziliya millisinin vingeri Vinisius Junior komandasının 2026-cı il dünya çempionatına vəsiqə qazanmasından sonra təəssüratlarını bölüşüb.
24 yaşlı futbolçunun qolu Braziliya millisinə Paraqvay yığması üzərində 1:0 hesablı qələbə qazandırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı oyunçu bu nəticədən çox məmnun olduğunu bildirib:
“Bu nəticədən çox məmnunam. Evdə qələbə qazanmaq və dünya çempionatına çıxmaq bizim əsas məqsədimiz idi və buna nail olduq. İndi baş məşqçimiz Karlo Ançelottinin komandada bəzi detalları inkişaf etdirmək üçün daha çox vaxtı olacaq.
Bu, bizim ən yaxşı oyunlarımızdan biri olmasa da, seçmə mərhələdə əsas olan qələbədir. İndi əsas məsələ DÇ-2026-ya yaxşı hazırlaşmaqdır. Növbəti oyunu buraxacağım üçün təəssüflənirəm. Seçmə mərhələdə iki sarı vərəqə almaq belə diskvalifikasiya ilə nəticələnir. Bəzən bir səhv və matçı buraxmalı olursan. Amma indi bayram etməyin vaxtıdır”.
Braziliya yığması bununla da, Karlo Ançelottinin rəhbərliyi altında keçirdiyi oyunda qələbə qazanıb və mundiala vəsiqəni təmin edib. Vinisius növbəti oyunda – Çili millisinə qarşı matçda sarı vərəqə limitini aşdığı üçün iştirak edə bilməyəcək.
Bizi Facebook-da izləyin