Vinisius hakimi təhqir edib
“Real”ın və Braziliya millisinin hücumçusu Vinisius Junior DÇ-2026-nın seçmə mərhələsinin Venesuela ilə görüşündə baş hakimi təhqir edib.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, braziliyalı forvard hakimə “cəhənnəmə getməyi” söyləyib.
Braziliya – Venesuela matçı noyabrın 14-dən 15-nə keçən gecə baş tutub. 43-cü dəqiqədə Braziliya millisinin yarımmüdafiəçisi Rafinya hesabı açıb. Fasilədən dərhal sonra əvəzetmədən meydana daxil olan venesuelalı yarımmüdafiəçi Telasko Seqoviya cavab qolunu vurub (1:1).
11 oyundan sonra 17 xal toplayan Braziliya millisi 2026-cı il dünya çempionatının seçmə mərhələsində 3-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin