“Real”ın futbolçusu cəzalandırıla bilər
İspaniya Futbol Federasiyasının Nizam İntizam Komitəsi “Real”ın futbolçusu Vinisius Juniorun “Rayo Valyekano” ilə matçda (3:3) iştirakı ilə bağlı yeni qalmaqallı epizoda baxacaq.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, İntizam Komitəsi həm Vinisiusun davranışını, həm də “Rayo Valyekano” azarkeşlərinin ona qışqırmasını araşdıracaq. Bu epizodlara baxılması xahişi ilə İntizam Komitəsinə məktub birbaşa La Liqa təmsilçiləri tərəfindən göndərilib.
Hakim final fitini çaldıqdan sonra, Vinisius stadiondan tunelə doğru hərəkət edərkən, “Rayo Valyekano” azarkeşlərinin qəzəbli qışqırıqları ilə qarşılaşıb. Braziliyalı futbolçu bu sözlərə nümayişkaranə jestlə cavab verib. O, azarkeşlərə iki barmağını göstərərək, əlini aşağı salaraq belə deyib: “Sequndaya”.
“Real” 17 turdan sonra 37 xalla İspaniya çempionatının turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. “Rayo Valyekano” 20 xalla 13-cü pillədədir.
Bizi Facebook-da izləyin