Kobudluğa ən çox məruz qalan futbolçular
Avropanın TOP-5 liqalarında kobudluğa ən çox məruz qalan futbolçuların adları məlum olub.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, siyahıya “Real”ın hücumçusu Vinisius Junior başçılıq edir. Braziliyalı forvard bu mövsüm bütün turnirlərdə 135 dəfə kobudluğa məruz qalıb.
İkinci yeri “Latsio”nun yarımmüdafiəçisi Mattia Zakkani (93 cərimə), üçüncü pilləni isə PSJ-nin hücumçusu Neymar (90 cərimə) tutur.
Vinisius ən çox vərəqə alan futbolçuların siyahısında da ön sıralardadır. Gənc oyunçu 11 dəfə sarı vərəqə ilə cəzalandırılıb.
O, yalnız PSJ-nin oyunçusu Marko Verratti və “Bayer”in futbolçusu Robert Andrixdən geri qalır. Həmin futbolçuların passivində 12 rəsmi xəbərdarlıq var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin