Vinisius 2 aylıq sıradan çıxıb
“Real”ın vingeri Vinisius Junior 2 ay yaşıl meydanlardan kənarda qalacaq.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, braziliyalı futbolçuya sol ayağının distal vətərinin zədələnməsi ilə bud biseps əzələsinin qopması diaqnozu qoyulub.
Vinisius DÇ-2026-nın seçmə mərhələsində Kolumbiya ilə matçda zədələnmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin