Bakka La Liqa klubu ilə müqavilə imzaladı
“Vilyarreal”la yollarını ayıran Karlos Bakkanın yeni ünvanı məlum olub.
Komanda.az xəbər verir ki, 34 yaşlı hücumçu “Qranada” klubuna keçib. Bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Bakka ilə müqavilə 2022-ci ilin yayına qədər nəzərdə tutulub.
Karlos Bakka daha əvvəl İspaniyada “Sevilya”, “Vilyarreal”, Belçikada “Brügge” və İtaliyada “Milan” kimi klublarda çıxış edib. Hücumçu Kolumbiya yığmasında 52 oyunda 16 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin