“Vilyarreal”ın sabiq futbolçusunun cəsədi tapıldı
“Vilyarreal”ın sabiq futbolçusu Franko Akostanın bir neçə gün əvvəl Uruqvayda çayı keçmək istəyərkən yoxa çıxdığını xəbər vermişdik.
Komanda.az xəbər verir ki, 25 yaşlı futbolçu ölü vəziyyətdə tapılıb. Bu barədə “Vilyarreal” klubunun mətbuat xidməti məlumat yayıb. Akosta, Kanelones departamentində qardaşı ilə çayı keçmək istəyərkən, yoxa çıxmışdı. İki gün davam edən axtarışlar nəticəsində dünən mərhum hücumçunun cəsədi Pando çayında tapılıb.
Akosta 2020-ci ilin yayından Uruqvayın “Atenas” komandasının formasını geyinirdi.
25 yaşlı futbolçu 2018-2020-ci illər aralığında “Vilyarreal”da çıxış edib. Hücumçu İspaniya klubunun B komandasının formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin