“Vilyarreal”ın futbolçusu pasportunu sosial şəbəkə vasitəsilə tapdı
İspaniyanın “Vilyarreal” klubunun müdafiəçisi Pervis Estupinan itirdiyi pasportunu tapıb.
Komanda.az xəbər verir ki, bu barədə 22 yaşlı futbolçu sosial şəbəkə hesabında məlumat yayıb.
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Vilyarreal”ın sol cinah müdafiəçisi xeyli müddət idi Ekvador yığmasının düşərgəsində idi. O, İspaniyaya səfər öncəsi pasportunu itirdiyini açıqlamışdı. Estupinanın sözlərinə görə, sənədlərinin tapılmasında ona azarkeşlər kömək ediblər. Futbolçu əvvəlki paylaşımının altında əlaqə nömrəsi qeyd etmişdi ki, məhz bunun sayəsində itmiş sənədləri tapılaraq ona qaytarılıb. Bu gün isə pasportu tapan azarkeşlərlə şəklini paylaşan futbolçu onlara təşəkkür edib.
Qeyd edək ki, Ekvador millisi dünya çempionatının seçmə mərhələsinin son oyununda evdə Kolumbiyanı 6:1 hesabı ilə məğlub edib. Estupinan görüşdə sonuncu qolun müəllifi olub.
“Qarabağ” “Vilyarreal”a qarşı keçirdiyi ilk oyunda 0:2 hesabıyla məğlub olub. Bu komandalar arasındakı cavab görüşü dekabrın 11-də İspaniyada baş tutacaq.
Bizi Facebook-da izləyin