“Vilyarreal”da yeni müqavilə
İspaniyanın “Vilyarreal” klubu yarımmüdafiəçisi Visente İborranın müqavilə müddətini artırıb.
Komanda.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Tərəflər arasında yeni sözləşmənin müddəti 2024-cü ilin 30 iyununa qədərdir.
İborra 2019-cu ildən “Vilyarreal”ın uğurları üçün çalışır. 33 yaşlı ispan futbolçu bu komandanın heyətində bütövlükdə 80 matça çıxıb, 5 qola imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin