“Vilyarreal”da ciddi itki – bu mövsüm oynamaya bilər
İspaniyanın “Vilyarreal” klubu ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, La Liqa təmsilçisinin yarımmüdafiəçisi Visente İborra zədələnib.
O, La Liqanın 13-cü turu çərçivəsində “Betis”lə səfər oyununda sıradan çıxıb. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, diz bağları qopan 32 yaşlı futbolçu yaxın günlərdə əməliyyat olunacaq.
İspaniya mətbuatının yazdığına görə, İborra uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. Onun hətta bu mövsümün sonunadək oynaya bilməyəcəyi də iddia olunur.
Qeyd edək ki, “Vilyarreal”da Pervis Estupinan və Frensis Koklen də zədə səbəbindən komandaya kömək edə bilmir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin