“Real”ın qapıçısı La Liqa klubunun hədəfindədir

“Real”ın ukraynalı qapıçısı Andrey Lunin “Vilyarreal”ın maraq dairəsinə düşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “sarı sualtı qayığ”ın nümayəndələri 26 yaşlı qolkiperin mümkün transferi ilə bağlı artıq ilkin məlumat toplayıblar.

Bununla belə, “Vilyarreal” digər namizədləri də nəzərdən keçirir.

Lunin son mövsümdə “Real”ın heyətində 14 oyunda iştirak edib və 19 top buraxıb. Onun klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button