
İspaniya klubu Dovbik üçün danışıqlar aparır
“Roma”nın hücumçusu Artyom Dovbik klubunu tərk edərək yenidən İspaniya La Liqasına qayıda bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı forvardın transferi ilə “Vilyarreal” maraqlanır.
Tərəflər artıq danışıqlara başlayıblar. “Vilyarreal” ukraynalı futbolçunu sonradan satın almaq şərti ilə icarəyə götürmək istəyir. Dovbikin özü də klubunu dəyişməyə hazırdır.
Dovbik 2024/25 mövsümündə “Roma”nın heyətində 45 oyuna çıxaraq, 17 qol vurub və 4 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



