“Çelsi”nin futbolçusu La Liqa klubuna keçə bilər

“Çelsi”nin müdafiəçisi Aksel Disasi karyerasını İspaniyada davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı oyunçu ilə artıq La Liqa klubu “Vilyarreal” əlaqə saxlayıb və tərəflər mümkün transferi müzakirə edirlər.

27 yaşlı futbolçu 2024/25 mövsümünün ikinci yarısını “Aston Villa”da icarə əsasında keçirdikdən sonra iyulda London klubuna geri dönüb. Ancaq “Çelsi” rəhbərliyi Disasini gələcək planlarına daxil etmir və onu satmağa hazırdır.

Disasiyə həmçinin, İngiltərədən “Nyukasl” və İtaliya A Seriyasından adı açıqlanmayan klublar maraq göstərir. “Çelsi” onun transferi üçün təxminən 30 milyon avro tələb edir. Disasinin London klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin ortalarına kimidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button