“Vilyarreal” “Çelsi”nin müdafiəçisi üçün danışıqlar aparır

“Çelsi”nin portuqaliyalı müdafiəçisi Renato Veyqa karyerasını İspaniyada davam etdirə bilər.

Komanda.az “BBC Sport”-a istinadən xəbər verir ki, 22 yaşlı futbolçunun yeni klubu “Vilyarreal” ola bilər.

Hazırda tərəflər şəxsi müqavilənin şərtlərini müzakirə edirlər. “Vilyarreal” Veyqa üçün 35 milyon avro ödəməyə hazırdır. Ancaq “Çelsi” onun satışından təxminən 40 milyon avro qazanmaq istəyir.

Veyqa 2024/25 mövsümünün ikinci yarısını icarə əsasında “Yuventus”da keçirib. O, Turin təmsilçisinin heyətində 15 oyunda çıxış edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button