“Barselona”nın La Liqa matçı ABŞ-da keçirilə bilər

La Liqanın 17-ci turu çərçivəsində “Barselona” ilə “Vilyarreal”ın matçı ABŞ-ın Mayami şəhərində keçirilə bilər.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, İspaniya Futbol Federasiyası UEFA-ya bu oyunun dekabrın 20-də Amerikada oynanması üçün müraciət göndərib.

İspaniya Futbolçular Assosiasiyası (AFE) bu təklifə qarşı səs verib. İclasda La Liqanın rəhbəri Xavyer Tebas iştirak etməyib.

Ancaq təşəbbüs təsdiqlənərsə, “Barselona” və “Vilyarreal” maliyyə kompensasiyası alacaq. Bu məbləğ 5-6 milyon avro təşkil edəcək, “Vilyarreal” isə bilet satışından itirdiyi gəliri nəzərə alaraq, bir qədər çox kompensasiya alacaq.

Həmçinin, “Real”ın ABŞ-da matça qarşı çıxması yeni qarşıdurma yaradıb və La Liqaya qarşı FİFA, UEFA və məhkəməyə müraciət etmək hədəsi səslənib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button