“Liverpul”dan 100 milyon avro tələb edirlər – nigeriyalı üçün
İngiltərənin “Liverpul” klubu “Vilyarreal”ın yarımmüdafiəçisi ilə güclənmək niyyətindədir.
Komanda.az AS-a istinadən xəbər verir ki, “qırmızlar” “Vilyarreal”ın futbolçusu Samuel Çukvuezeni heyətinə qatmaq istəyir. Mersisayd klubu qış fasiləsində 20 yaşlı futbolçu üçün qarşı tərəfə 35 milyon avro təklif etsə də, ispanlar onların bu istəyindən imtina etmişdi. “Vilyarreal” futbolçunun müqaviləsində göstərilən təzminatı tələb edir. Hazırda futbolçunun transfer qiyməti 100 milyon avrodur, amma “Vilyarreal”la müqavilənin üçüncü ilində bu məbləğ 80 milyon avroya enəcək.
Futbolçuyla “Çelsi”nin də maraqlandığı bildirilir.
2018-ci ildən “Vilyarreal”da çıxış edən nigeriyalı futbolçunun klubla müqaviləsi 2023-cü ilədək nəzərdə tutulub. O, cari mövsümdə iştirak etdiyi 26 oyunda 4 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Facebook-da izləyin