Villian qərarını verdi

Son vaxlar adı “Barselona” ilə yanaşı hallanan “Çelsi”nin futbolçusu Villianın gələcək taleyinə aydınlıq gəlib.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi London klubunda qalmağa qərar verib. Katalonlarla razılığa gələ bilməyən futbolçu, “Çelsi” ilə yeni müqavilə imzalayacaq. “Zadəganlar”ın 31 yaşlı futbolçuya iki illik müqavilə təklif etdiyi, lakin Villianın daha üç il “Çelsi”nin şərəfini qorumaq istədiyi bildirilir.

Futbolçunun daha dörd klubun maraq dairəsində olduğu, amma Villianın əsas diqqəti “Çelsi” ilə danışıqlara yönləndirdiyi deyilir.

2013-cü ildən “Çelsi”nin formasını geyinən futbolçunun klubla müqaviləsi cari mövsümün sonunda başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button