“Viktoriya”nın “Qarabağ”ı keçəcəyini gözləmirdim”

Çexiya millisinin sabiq futbolçusu Milan Fukal UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Viktoriya” (Plzen) ilə “Qarabağ” arasında keçirilmiş cavab oyunu barədə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, Plzen təmsilçisinin 2:1 hesabı ilə qalib gəldiyi oyunla bağlı yerli mətbuata açıqlamasında bunları söyləyib:

“Viktoriya”nın mərhələni keçəcəyini gözləmirdim. Bu məqam qələbəni daha da gözəlləşdirir”.

47 yaşlı veteran müdafiəçi bildirib ki, Plzen təmsilçisi Mixal Bileki baş məşqçi təyin etməklə, ötən ilin yazında başladığı səyahətin zirvəsinə çatıb: “Bu komandanı çoxdan bəyənirəm, “Viktoriya”nın sərgilədiyi futbolun başı və ayağı var. Əvvəlki matçlarına baxanda komandanın Avropa Liqasının qrupuna düşəcəyinə ümid edirdim. Amma sonda Çempionlar Liqasına vəsiqə qazandılar. Bu, bütün Çexiya futbolu üçün əla göstəricidir”.

Onun sözlərinə görə, “Viktoriya” hesabda geri düşməsinə baxmayaraq, böyük döyüş ruhu nümayiş etdirib: “Komanda baş verə biləcək ən çətin vəziyyətlə üzləşdi. Amma uşaqlar bacardılar. Çempionlar Liqasında böyük matçlar komandanı daha da gücləndirəcək”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button