
“Viktoriya” – “Qarabağ” matçının biletləri satışa çıxarıldı
Çexiyada “Viktoriya” və “Qarabağ” arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununun biletləri satışa çıxarılıb.
Komanda.az xəbər verir ki, bilet satışı saat 15:00-da start götürüb.
Ən ucuz biletlərin qiyməti 420 Çexiya kronu (təxminən 30 manat), ən bahalı biletlər isə 1490 Çexiya kronudur (təxminən 105 manat).
Avqustun 23-də “Dusan Arena”da oynanılacaq qarşılaşma saat 23:00-da başlayacaq. İlk matç iyulun 17-də Bakıda olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin