“Viktoriya” – “Qarabağ” matçının hakimləri məlum oldu

“Viktoriya” (Plzen) və “Qarabağ” arasında Çexiyada keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununun təyinatları açıqlanıb.

Komanda.az xəbər verir ki, oyun Portuqaliyadan olan hakimlər briqadasına tapşırılıb.

FİFA referisi Artur Diaşa Ruy Tavareş və Paulu Soareş laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Fabiu Verisimu yerinə yetirəcək. VAR hakimləri Luiş Qodinyu və Tyaqu Martinş olacaq.

Avqustun 23-də keçiriləcək “Viktoriya” – “Qarabağ” matçı saat 23:00-da başlayacaq. Bakıdakı ilk oyunda hesab açılmayıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button