“Oyundan oyuna komanda yüksəlişdədir” – Azərbaycan millisinin baş məşqçisi

Viktor Bannikov beynəlxalq turnirində Litva yığması ilə keçirilmiş oyundan sonra 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Vüqar Məmməd AFFA-nın saytına açıqlama verib:

Komanda.az xəbər verir ki, Məmməd, 3:1 hesabıyla qalib gəldikləri oyunu belə şərh edib:

“Qələbə münasibətilə komandamı təbrik edirəm. Daha öncə dediyim kimi, oyundan oyuna komanda yüksəlişdədir. Litva yığması kollektiv olaraq çox güclü müdafiə olunan komanda idi. Turnirdə keçirdikləri 3 oyunda qapılarından cəmi 2 qol buraxmışdılar. Bu oyunda taktiki gedişlərdən əlavə, futbolçulardan tələbimiz o idi ki, yaxşı oyun nümayiş etdirib qələbə qazansınlar. Taktiki baxımdan düzgün oynayaraq, qələbə qazanmağı bacardıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button