Vieyranın təyinatı rəsmən açıqlandı
Fransanın “Strasburq” komandasının yeni baş məşqçisi müəyyənləşib.
Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisini bundan sonra Patrik Vieyra çalışdıracaq.
Klubun rəsmi saytının yaydığı məlumata görə, 47 yaşlı məşqçi ilə 3 illik müqavilə imzalanıb.
Vieyra bu postda istefaya göndərilmiş Frederik Antonettini əvəz edib.
Fransa yığmasının sabiq üzvü bu ilin mart ayından işsiz idi. O, son olaraq İngiltərənin “Kristal Pelas” komandasına rəhbərlik edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin