“İndi “İnter”in başqa heç kimə ehtiyacı yoxdur” – Keçmiş futbolçu
İtaliya millisinin sabiq hücumçusu Kristian Vieri 2024-cü ilin yayında İtaliyanın transfer bazarında baş verənləri şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, İtaliyada güclənməyə ehtiyacı olmayan tək klubun “İnter” olduğunu söyləyib:
“İnter”in artıq optimal heyəti var idi. Komanda İtaliyanın ən güclüsüdür. Mehdi Taremi və Pyotr Zelinskini dəvət etdilər. Keyfiyyətli oyunçulardır. İndi onların başqa heç kimə ehtiyacı yoxdur. Başqalarının onlara ehtiyacı var”.
İtaliya A Seriyasında artıq 3 tur keçirilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin