Vidiç “Mançester Yunayted”ə qayıdır

2006-2014-cü illər aralığında “Mançester Yunayted”də forma geyinən Nemanya Vidiç yenidən “qırmızı şeytanlar”a qayıdır.

Komanda.az xəbər verir ki, serbiyalı sabiq müdafiəçi “Mançester Yunayted”də baş məşqçi kimi çalışacaq. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Vidiçin “Mançester Yunayted”in U-23 komandasına baş məşqçi təyin olunacağı bildirilir.

Vidiç 2018-ci ilin yanvarında UEFA-nın Pro kateqoriyalı məşqçi kursunu bitirərək, lisenziya alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button