Vidiç qarşılaşdığı ən çətin rəqibin adını açıqladı

Serbiya millisinin və “Mançester Yunayted”in sabiq müdafiəçisi Nemanya Vidiç karyerasında ən çətin rəqibin kim olduğunu açıqlayıb.

Komanda.az “The Overlap”-a istinadən xəbər verir ki, serbiyalı sabiq futbolçu bu haqda “YouTube” kanalında danışıb və “İnter Mayami”nin hücumçusu Lionel Messini ən çətin rəqibi adlandırıb.

Vidiç karyerası ərzində “Srvena Zvezda”, “Spartak”, “Mançester Yunayted” və “İnter”də çıxış edib. 43 yaşlı keçmiş futbolçu Serbiya millisində 36 oyun keçirib və 1 qol vurub. O, Serbiya və İngiltərə çempionu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button