Fonseka: “Vidalaşmağın vaxtıdır”

Portuqaliyalı mütəxəssis Paulo Fonseka “Milan”ın baş məşqçi postundan uzaqlaşdırılıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, qovulduqdan sonra bunları deyib:

“Vidalaşmağın vaxtıdır. “Milan”da işlədiyim üçün fəxr edirəm və bu böyük klubun tarixinə, ənənələrinə hörmət etmək üçün hər zaman ürəyimi və ruhumu vermişəm. “Milan”da olduğum müddətdə heyətimə, oyunçularıma, azarkeşlərimə və mənə dəstək olan hər kəsə təşəkkür etmək istəyirəm. Kluba gələcək üçün ən yaxşısını arzulayıram”.

“Milan” A Seriyasının turnir cədvəlində 17 oyundan sonra 27 xalla səkkizinci yerdədir. Komanda İtaliya çempionatının növbəti turunda “Kalyari” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button