Vidal keçmiş klubuna qayıdıb

“Barselona”nın keçmiş futbolçusu Arturo Vidal ilk peşəkar klubuna qayıdıb.

Komanda.az xəbər verir ki, Çili millisinin yarımmüdafiəçisi karyerasını yenidən ölkəsində davam etdirəcək.

36 yaşlı oyunçu 2005-2007-ci illərdə formasını geyindiyi “Kolo-Kolo” ilə müqavilə bağlayıb. O, Çili təmsilçisinə Braziliyanın “Atletiko Paranaense” klubundan keçib.

Vidal karyerası ərzində “Bayer” (Leverkuzen), “Bayern” (hər ikisi Almaniya), “Yuventus”, “İnter” (hər ikisi İtaliya) və “Barselona” (İspaniya) kimi komandaların formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button