Vidal klubunu dəyişir
Çilili yarımmüdafiəçi Arturo Vidal karyerasını “Atletiko Paranaense”də davam etdirmək istəyir.
Komanda.az “Globo”-ya istinadən xəbər verir ki, 36 yaşlı futbolçu bu ilin dekabrına qədər hesablansa da, “Flamenqo” ilə müqaviləsini pozmaq qərarına gəlib.
Vidal yeni klubla bu ilin sonuna qədər, sonradan uzadılma ehtimalı ilə müqavilə imzalamaq niyyətindədir.
Vidal ötən mövsüm 25 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib. Əvvəllər o, “İnter”, “Barselona”, “Bayern”, “Yuventus” və “Bayer”də (Leverkuzen) çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin