Vida matçında dubl etdi, yeni rekorda imza atdı
İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Serxio Aquero “şəhərlilər”in heyətində sonuncu matçına çıxıb.
Komanda.az xəbər verir ki, o, İngiltərə çempionatında mövsümün son turu çərçivəsində baş tutan “Everton”la görüşün iştirakçısı olub.
Baş məşqçi Xosep Qvardiola, hələ bir neçə ay öncədən mövsümün sonunda komandanı tərk edəcəyi açıqlanmış futbolçunu 65-ci dəqiqədə meydana buraxıb. Argentinalı hücumçu isə bu şansdan maksimum yararlanaraq, iki qol vurub. 71 və 76-cı dəqiqələrdə fərqlənən 32 yaşlı futbolçu, bununla həm də Premyer Liqanın tarixinə düşüb. Belə ki, Aquero İngiltərə çempionatında bir komandanın heyətində ən çox (184) qol vuran futbolçuya çevrilib. Əvvəlki rekord “Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runiyə məxsus idi – 183 qol.
Bununla da Aqueronun 10 illik “Mançester Siti” karyerası başa çatıb. Onun karyerasını İspaniyanın “Barselona” klubunda davam etdirəcəyi iddia olunur.
Bizi Facebook-da izləyin