“Roma” mənim evimdir” – “Vest Hem”in hücumçusu

“Vest Hem”in italiyalı hücumçusu Canluka Skamakka “Roma” klubu haqda fikirlərini bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, paytaxt təmsilçisinə olan bağlılığını bu cür ifadə edib:

“Roma” mənim evimdir. Baş məşqçi Joze Mourinyonun başçılığı altında daha çox inkişaf edə və bacarıqlarımı xeyli təkmilləşdirə bilərəm”.

“Yuventus” Skamakkanı hücumçu Duşan Vlahoviçin əvəzləyicisi kimi nəzərdən keçirir. “Milan” də italiyalı forvardı transfer etmək istəyən klublardandır.

Skamakka 2022/23 mövsümündə “Vest Hem”in heyətində 27 oyuna çıxıb və 8 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button