
Qanalı futbolçu Premyer Liqanın 4 klubunun maraq dairəsindədir
“Vest Hem”in vingeri Məhəmməd Kudus İngiltərə Premyer Liqasının digər klublarında da maraq doğurur.
Komanda.az “Guardian”-a istinadən xəbər verir ki, “Tottenhem”, “Çelsi”, “Mançester Yunayted” və “Nyukasl” klubları qanalı futbolçunun xidmətində maraqlıdırlar.
“Vest Hem” rəhbərliyi 24 yaşlı oyunçunu 70 milyon avro qiymətinə satmağa hazırdır.
Kudus son mövsümdə London komandasının heyətində 35 oyunda iştirak edib, 5 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsinin müddəti 2028-ci ilin iyununa kimidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin