“Vest Hem”dən insidentlə bağlı açıqlama

“Vest Hem” Avropa Konfrans Liqasının finalında “Fiorentina”nı məğlub edib (2:1).

Premyer Liqa təmsilçisinin azarkeşləri “Fiorentina”nın kapitanı Kristiano Biraqiyə yad əşyalar ataraq onu zədələyiblər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, insidentlə bağlı “Vest Hem” rəsmi açıqlama yayıb:

“Klubumuz oyunun gedişatında meydançaya yad əşyalar atan azarkeşlərin davranışını qəti şəkildə pisləyir. Futbolda belə hərəkətlərə yer yoxdur. Bu addım “Vest Hem” azarkeşlərinin ümumi dəyərini əks etdirmir.

İnsidenti bir daha diqqətlə araşdırmaq və təqsirli bilinən şəxslərə qarşı tədbir görmək məqsədilə hüquq-mühafizə orqanları ilə qarşılıqlı şəkildə çalışacağıq. Həmin şəxslər cəzalandırılacaq. Nəticədə, onlar ev oyunlarımızı keçirdiyimiz stadiona daxil ola və komandanın səfər oyunlarında iştirak edə bilməyəcəklər. “Vest Hem” belə davranışları qəbul etmir!”

Xatırladaq ki, bu oyun Avropa Konfrans Liqasının ikinci final matçı idi. Turnirin ilk qalibi İtaliyanın “Roma” klubu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button