
İngiltərə klubu 35 milyon avroluq transferə hazırlaşır
“Sauthempton”un yarımmüdafiəçisi Ceyms Uord-Prouz “Vest Hem”ə keçməyə yaxındır.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, “çəkicdöyənlər” 28 yaşlı ingilis futbolçu üçün 30 milyon funt-sterlinq (təxminən 35 milyon avro) ödəyəcək.
Daha əvvəl futbolçu “Vest Hem”lə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.
Uord-Prouz “Sauthempton”un yetirməsidir və klubda 410 oyuna çıxıb, 55 qol vurub, 54 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin