İngiltərəli müdafiəçi “Vest Hem” üçün tibbi müayinədən keçəcək

“Mançester Yunayted”in müdafiəçisi Aaron Van-Bissaka “Vest Hem”ə keçmək üzrədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingilis futbolçu transfer olunmazdan əvvəl tibbi müayinədən keçmək üçün Londona uçub.

26 yaşlı müdafiəçi 2019-cu ilin iyulundan “Mançester Yunayted”də çıxış edir. O, 2023/24 mövsümündə “qırmızı şeytanlar”ın heyətində bütün yarışlarda 30 matçda 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button