Paketa Braziliya klubuna satıla bilər – 24 milyon avroya

“Vest Hem”in yarımmüdafiəçisi Lukas Paketa İngiltərə klubunu tərk edə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “çəkicdöyənlər” 27 yaşlı futbolçunu yayda 24 milyon avroya Braziliya “Flamenqo”suna göndərməyə hazırdırlar.

Braziliyalı oyunçu futbol mərcləri ilə bağlı qalmaqala görə ömürlük diskvalifikasiya ilə üzləşə bilər.

Paketa bu mövsüm bütün turnirlərdə 26 matçda iştirak edib, 5 qol vurub. Onun “Vest Hem”lə hazırkı müqaviləsi 2027-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button