MY futbolçusunu “Vest Hem”ə satmaqdan imtina edib
“Mançester Yunayted” Skott Maktominayı “Vest Hem”ə satmaqdan imtina edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” londonluların 30 milyon funt-sterlinq (34.8 milyon avro) dəyərində olan təklifini rədd edib.
“Çəkicdöyənlər”in 26 yaşlı futbolçuya yeni təklif göndərib-göndərməyəcəyi sual altındadır. Eyni zamanda, “Vest Hem” Mançester təmsilçisinin müdafiəçisi Harri Maquayrla da müqavilə imzalamaq niyyətindədir. Lakin danışıqlar hələ də nəticə verməyib.
Maktominay 2022/23 mövsümündə “Mançester Yunayted”in heyətində bütün turnirlər daxil olmaqla 38 oyuna çıxıb, üç qol vurub və bir məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2025-ci ilə qədər nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin