“Vest Hem” “Mançester Yunayted”lə razılığa gəlib

“Vest Hem” klubu “Mançester Yunayted”in müdafiəçisi Harri Maquayrın qiymətini razılaşdırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Vest Hem” 30 yaşlı futbolçu üçün “qırmızı şeytanlar”a 35 milyon avro ödəyəcək.

Yaxın günlərdə klub futbolçunun özü ilə müqavilə şərtlərini müzakirə etməyə başlayacaq.

Maquayr 87 milyon avroya “Lester”dən “Mançester Yunayted”ə keçərək, futbol tarixinin ən bahalı müdafiəçisi olub. Onun “Mançester Yunayted”lə müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button