“Mançester Yunayted”in futbolçusu “Vest Hem”in hədəfindədir

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Mainu digər klubların diqqət mərkəzində qalır.

Komanda.az “GiveMeSport”-a istinadən xəbər verir ki, 20 yaşlı futbolçu kifayət qədər oyun təcrübəsi qazanmadığı üçün yayda icarəyə getmək istəsə də, klub buna icazə verməyib.

“Vest Hem”in baş məşqçisi Nuno Espirito Santu komandasının orta xəttini gücləndirməyi planlaşdırır və Mainu bu məqsəd üçün əsas hədəflərdən biri kimi görülür. London klubu, həmçinin, “Çelsi”dən Andrey Santos və “Cenoa”dan Morten Frendrupu da izləyir.

İngiltərəli futbolçunun “qırmızı şeytanlar”la müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button