
Çempionşip klubunun qapıçısı Premyer Liqada oynaya bilər
“Vest Hem” yayda yeni qapıçı transfer etməyi planlaşdırır.
Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, London klubu “Şeffild Yunayted”in qapıçısı Maykl Kuperlə maraqlanır.
Hazırkı əsas qapıçı Alfonse Areolanın çıxışından tam razı qalmayan klub rəhbərliyi onun yerinə yeni seçim axtarışındadır. Bu istiqamətdə əsas namizəd isə ingiltərəli futbolçu Kuperdir.
Kuper 2024/25 mövsümündə Çempionşipdə 46 oyun keçirib və bu matçların 23-də qapısından top buraxmayaraq, diqqət çəkib. Onun çıxış etdiyi “Şeffild Yunayted” mövsümü turnir cədvəlinin 3-cü pilləsində başa vursa da, Premyer Liqaya yüksəlmək üçün keçirilən pley-offun finalında “Sanderlend”ə uduzaraq, vəsiqəni əldən verib.
London klubu yaxın günlərdə rəsmi təkliflə çıxış edə bilər. Transfer baş tutarsa, 25 yaşlı qolkiper karyerasında ilk dəfə Premyer Liqa təcrübəsi qazanacaq.
Bizi Facebook-da izləyin