40 yaşlı futbolçu keçmiş klubuna qayıdır

“Vest Hem” uzun illər komandada çıxış etmiş qapıçı Lukaş Fabianskini geri qaytarmağa yaxındır.

Komanda.az xəbər verir ki, bu barədə “talkSPORT” məlumat yayıb.

London klubu azad agent statusunda olan 40 yaşlı qolkiperlə müqavilə imzalamaq üçün danışıqlar aparır. Fabianski ötən mövsümün sonunda “Vest Hem”i tərk etmişdi.

Polşalı futbolçu 2018–2025-ci illərdə “Vest Hem”in formasını geyinib və 216 oyunda meydana çıxıb. O, bu müddətdə 290 top buraxıb, 55 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.

Qrem Potterin rəhbərlik etdiyi “Vest Hem” Premyer Liqanın ilk 3 turundan sonra 3 xal toplayaraq, turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button