Verratti Qətər klubu ilə anlaşıb
PSJ-nin yarımmüdafiəçisi Marko Verratti 50 milyon avroya Qətərin “Əl-Ərəbi” klubuna keçəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, müqavilə tamamlanıb.
30 yaşlı italiyalı futbolçunun 30 milyon avro maaşla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Verratti 2012-ci ildən PSJ-də çıxış edir. Bu mövsüm o, heç bir matçda iştirak etməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin